Bank Of Baku

Azərbaycanda «Aysu» əmtəə nişanlı 789 litr suyun satışı dayandırılıb

Azərbaycanda «Aysu» əmtəə nişanlı 789 litr suyun satışı dayandırılıb
# 16 sentyabr 2009 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən «Aysu Qida Sənaye LTD» MMC-də «Aysu» əmtəə nişanlı su və sərinləşdirici içkilərin istehsalı zamanı aşkar edilmiş pozuntularla əlaqədar bu malların istehsalının və satışının dayandırılması, həmçinin ticarət şəbəkəsində satışdan çıxarılması barədə Antiinhisar Dövlət Xidməti tərəfindən göstəriş verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Aysu» əmtəə nişanlı su və sərinləşdirici içkilərin ticarət şəbəkəsindən çıxarılması ilə əlaqədar İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılan tədbirlər nəticəsində 6 ticarət obyektində 1 217 litr həcmində müxtəlif adda «Aysu» əmtəə nişanlı su və sərinləşdirici içkilər aşkar edilib.

«Aysu» əmtəə nişanlı 789 litr suyun satışının dayandırılması, 428 litr sərinləşdirici içkilərin isə satışdan çıxarılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehsalçı müəssisəyə qaytarılması barədə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən bu ticarət obyektlərinə göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR