Bank Of Baku

Azərbaycan Sahibkarlığa Kömək Milli Fonduna qaytarılan vəsaitin həcmi gələn il 20% artacaq

Azərbaycan Sahibkarlığa Kömək Milli Fonduna qaytarılan vəsaitin həcmi gələn il 20% artacaq
# 17 sentyabr 2009 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) kiçik və orta sahibkarlar tərəfindən 56 mln. manatlıq kreditlərin ödəniləcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə 56 mln. manat Fonda qaytarılacaq: «Bu il də SKMF-a 56 mln. manat qaytarılıb. Lakin bunun təxminən 11 mln. manatı Fonda təyinatı üzrə xərclənə bilinmədiyinə görə vaxtından əvvəl geri qaytarılıb, 2010-cu ildə isə qaytarılan vəsait təxminən builkindən 20% çox olacaq».

Xatırladaq ki, dövlət büdcəsindən maliyyələşdirilən SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR