Bank Of Baku

Azərbaycanda sahibkarlara ilin sonunadək daha 45 mln. manat güzəştli kredit ayrılacaq

Azərbaycanda sahibkarlara ilin sonunadək daha 45 mln. manat güzəştli kredit ayrılacaq
# 17 sentyabr 2009 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkədə fəaliyyət göstərən sahibkarlara daha 200 layihənin maliyyələşdirilməsinə 45 mln. manat güzəştli kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, bu il ərzində SKMF tərəfindən 1 500 sahibkara 75 mln. manat məbləğində güzəştli kredit ayrılıb: «Yaxın vaxtlarda taxıl anbar komplekslərinin tikintisinə dair razılaşdırılmış layihələri də nəzərə almaqla, təxminən 200 layihəyə 45 mln. manat ayrılacaq. Bu da bu ilki 130 mln. manatının 120 mln. manatının artıq istifadə edilməsi deməkdir».

Qeyd edək ki, 2009-cu il ərzində SKMF sahibkarlara 130 mln. manat güzəştli kredit ayıracaq. Ayrılan vəsaitin 74 mln. manatı dövlət büdcəsindən, 56 mln. manatı isə əvvəl verilmiş kreditlərin geri qaytarılması hesabına formalaşacaq.

Xatırladaq ki, SKMF vəsaiti bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR