Bank Of Baku

Saxlama müddəti ötmüş 250 kq ərzaq satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 250 kq ərzaq satışdan çıxarılıb
# 17 sentyabr 2009 16:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakıda və regionda yerləşən ərzaq mağazalarında saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakının Nizami rayonunda yerləşən «Xəyyam market»də və ərzaq malları mağazasında, «Ağ bulaq», Nəsimi rayonunda «Mirzaur market»də, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində «Elnur market»də, «Real market»də, «Halal market»də, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində «Emil» marketdə, Yasamal rayonunda «Tac market»də, «Toto market»də, «Elim market»də, Goranboy rayonunda Nazim Süleymanova məxsus ərzaq malları mağazasında, Qusar rayonunun Yasab kəndində Ariz Soltanova məxsus pərakəndə ticarət mağazasında, Sumqayıt şəhərində Təvəkkül Məmmədova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 250 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 14 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, cari ilin may ayının 17-dən «İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 415 fiziki şəxsə 620 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR