Bank Of Baku

Venesuelada dövlət kofe istehsalını nəzarət altına alır

Venesuelada dövlət kofe istehsalını nəzarət altına alır
# 18 sentyabr 2009 08:32 (UTC +04:00)
Bakı – APA-Economics. Venesuela hökuməti ölkənin iri kofe istehsalçılarını milliləşdirmək niyyətindədir. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu qərarın qəbul edilməsinə səbəb istehsalçıların qiymətləri dövlətin tələb etdiyi səviyyəyə uyğunlaşdırmaq tələbini yerinə yetirməkdən imtina etməsidir.
Venesuelanın ticarət naziri Eduardo Saman bildirib ki, söhbət “Fama de America” və “Cafe Madrid” şirkətlərindən gedir. Nazir konkret vaxt göstərməsə də, qeyd edib ki, milliləşdirmə xahişi ilə şirkətin işdən çıxarılmalardan narazı olan əməkdaşları çıxış ediblər.
Xatırladaq ki, avqust ayında Venesuela prezidenti Uqo Çaves bildirmişdi ki, müəssisələr üç ay ərzində dövlətin əlinə keçəcək. Bundan əvvəl isə hökumət zəruri araşdırma aparılması bəhanəsi ilə müəssisələr üzərində müvəqqəti nəzarət əldə etmişdi. Şirkətlər kofenin qeyri-leqal ixracında günahlandırılırdılar.
U.Çaves artıq bir neçə ildir ölkədəki nəhəng iqtisadi aktivlərin milliləşdirilməsi ilə məşğuldur. Venesuelanın neftçıxarma, sement və telekommunikasiya sahələri artıq bu aqibətlə üzləşib.
Qida sənayesinə gəlincə, bu ilin mart ayında U.Çaves orduya ölkədəki düyü istehsalını nəzarətə götürmək haqda göstəriş vermişdi: “Bəzi müəssisələr düyünü hökumətin müəyyənləşdirdiyi qiymətlərlə istehsal etmək və satmaq istəmir, işi dayandırmaqla hədələyirlər. İstehsalı dayandıran bütün müəssisələr milliləşdiriləcək – mənim müəssisələri milliləşdirməklə bağlı problemim yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR