Bank Of Baku

Azərbaycanda Qara Dəniz Ticarət və İnkişaf Bankının Biznes Şurasının iclası keçiriləcək

Azərbaycanda Qara Dəniz Ticarət və İnkişaf Bankının Biznes Şurasının iclası keçiriləcək
# 22 sentyabr 2009 14:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

Onun sözlərinə görə, tədbirdə QDTİB-ə üzv olan ölkələrin nümayəndələri iştirak edəcək: «İclasda Bankın fəaliyyəti və cari məsələləri müzakirə olunacaq. Bundan başqa, bankın rəhbərliyi gələn il üçün Azərbaycandan Bolqarıstana keçəcəyinə dair qərar qəbul olunacaq».

Qeyd edək ki, QDTİB-in Azərbaycan üzrə müdiri ölkənin maliyyə naziri Samir Şərifovdur. Ümumiyyətlə, Azərbaycan 2002-ci ildən QDTİB-in üzvüdür. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in təsisçiləri rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR