Bank Of Baku

Azərbaycan Almaniyada keçiriləcək işlənmiş maşın və avadanlıqlar sərgisində iştirak edəcək

Azərbaycan Almaniyada keçiriləcək işlənmiş maşın və avadanlıqlar sərgisində iştirak edəcək
# 22 sentyabr 2009 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iş adamları Almaniyada keçiriləcək işlənmiş maşın və avadanlıqlar sərgisində iştirak edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.

Onun sözlərinə görə, bu ilin sonunadək Almaniyada iki belə tədbir keçiriləcək: «Hazırda ASK Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə Azərbaycan iş adamlarının bu sərgilərdə iştirak etməsinə dair danışıqlar aparır».

Qeyd edək ki, analoji sərgi (Xəzəryanı və Qafqaz regionu üzrə işlənmiş maşın və avadanlıqların II Beynəlxalq sərgisi) bu gün Bakıda keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR