Bank Of Baku

Azərbaycanda Xəzəryanı və Qafqaz regionu üzrə işlənmiş maşın və avadanlıqların beynəlxalq sərgisi keçirilir

Azərbaycanda Xəzəryanı və Qafqaz regionu üzrə işlənmiş maşın və avadanlıqların beynəlxalq sərgisi keçirilir
# 22 sentyabr 2009 14:22 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan, Almaniya, Belçika, Gürcüstan, Fransa, İsveçrə kimi ölkələri təmsil edən 20 şirkət iştirak edir. Sərgidə emal və qida sənayesi, kənd təsərrüfatı, mebel istehsalı, məişət tullantıları, telekommunikasiya və digər sahələri əhatə edən işlənmiş maşın və avadanlıqlar təklif olunur.

GTZ-nin “Özəl sektorun inkişafı” Proqramının rəhbəri Mixael Gerlix qeyd edib ki, sərgidə təklif olunan avadanlıqların qiyməti yeni avadanlıqların qiymətindən 50-60% aşağı olmasına baxmayaraq, onların yaşı 1-5 arasındadır və bütün texnikalara tam təminat verilir: «Sərgi çərçivəsində şirkətlər arasında danışıqlar aparılacaq və əgər sövdələşmələr baş tutarsa, tərəflər arasında müqavilələr imzalanacaq».

Qeyd edək ki, Xəzəryanı və Qafqaz regionu üzrə işlənmiş maşın və avadanlıqların II Beynəlxalq Sərgisi iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR