Bank Of Baku

Azərbaycanda yeni İnternet-mağaza fəaliyyətə başlayıb

Azərbaycanda yeni İnternet-mağaza fəaliyyətə başlayıb
# 23 sentyabr 2009 12:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azericard” Prosessinq Mərkəzi e-commerce istifadəçilərinə yeni İnternet-mağaza təqdim edib. “Azericard”dan “APA-Economics”ə verilən məlumata görə, www.bazaar.az saytında qol saatları təklif edən “Aztime” internet mağazası fəaliyyətə başlayıb.

Beləliklə, internet şəbəkəsi vasitəsilə ofisdən və ya evdən çıxmadan brend saatlarını almaq istəyənlərə əla bir imkan yaradılıb. Müştərilər artıq saat almaq üçün www.bazaar.az saytına daxil olaraq, “Aztime” mağazasında istənilən saatı seçib “Visa”, “Visa Electron”, “Master Card” və “Maestro elektron” bank kartları ilə ödəyə biləcəklər. İnternetdə elektron bank kartları ilə ödənişin təhlükəsizliyi “3D Secure” sistemi ilə təmin edilir.

Xatırladaq ki, “Aztime” şirkəti 2004-cü ildə fəaliyyətə başlayıb. Hazırda “Aztime” şirkəti “AWC” brendin sahibidir və “Charmex”, “Jacques”, “Lemans”, “Japan CBM Corporation”, “Rodania”, “Alfex”, “Cimier” kimi brendlərin rəsmi distribütorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR