Bank Of Baku

Bakıda beynəlxalq səhiyyə sərgisi keçiriləcək

Bakıda beynəlxalq səhiyyə sərgisi keçiriləcək
# 23 sentyabr 2009 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 13-15-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BIHE) keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə 18 ölkədən 90 şirkət iştirak edəcək. İştirakçıların 50%-ni xarici şirkətlər təşkil edir. İlk dəfə olaraq sərgidə İranın Milli Stendi nümayiş olunacaq. Ümumiyyətlə, sərgi ekspozisiyası əczaçılıq, tibbi avadanlıq, tibbi elektronika, diaqnostika, gigiyena vasitələri, kosmetologiya, pəhriz və qida əlavələri və digər sektorları əhatə edəcək.

Bununla yanaşı, sərgi keçirilən tarixdə paralel olaraq IV Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və III Azərbaycan Gözəllik və Estetik Tibb Sərgisi də keçiriləcək.

Qeyd edək ki, BIHE sərgisi Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR