Bank Of Baku

«Azersun Holding» Moskvada keçirilən beynəlxalq qida sərgisində iştirak edib

«Azersun Holding» Moskvada keçirilən beynəlxalq qida sərgisində iştirak edib
# 23 sentyabr 2009 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov– APA-Economics. «Azersun Holding» Şirkətlər Qrupu Moskvada XVIII Beynəlxalq Qida Sərgisi («Worldfood Moscow 2009») keçirilib. Bu barədə «APA-Economics»ə «Azersun Holding» şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə 63 ölkədən 1300-dən artıq şirkət öz məhsullarını nümayiş edib. Dörd gün ərzində 50 000-ə yaxın insan “Worldfood-2009”u ziyarət edib, onlardan 60%-i topdan və pərakəndə ticarətçilər olub. İstehsal etdiyi yüksək keyfiyyətli məhsullarla Azərbaycanı təmsil edən “Azərsun Holdinq” iştirakçıların böyük rəğbətini qazanıb.

Sərgidə “Azerçay” və “Maryam” çayları ilə yanaşı, “Bizim tarla” mürəbbə və turşu çeşidləri, “Final” tomat pastası, yaşıl noxud məhsulları da təqdim edilib. Ümumilikdə sərgi zamanı 150-dən artıq işgüzar görüş keçirilərək, əməkdaşlığa dair ilkin protokollar imzalanıb.

Sərginin sonuncu günü istehsal etdiyi məhsullara olan geniş marağa və sərgidə fəal iştirakına görə “Azərsun Holding” diplomla təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR