Bank Of Baku

Daha 718 litr «Aysu» əmtəə nişanlı suyun satışı dayandırılıb

Daha 718 litr «Aysu» əmtəə nişanlı suyun satışı dayandırılıb
# 24 sentyabr 2009 16:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən 718 litr «Aysu» əmtəə nişanlı suyun satışı dayandırılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Aysu Qida Sənaye LTD» MMC-yə məxsus «Aysu» əmtəə nişanlı su və sərinləşdirici içkilərin istehsalı zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar bu malların ticarət şəbəkəsindən çıxarılması ilə bağlı həyata keçirilən növbəti nəzarət tədbirləri zamanı daha 19 ticarət obyektində 1 078 litr həcmində «Aysu» içkiləri aşkarlanıb.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən 718 litr «Aysu» əmtəə nişanlı suların satışının dayandırılması, 360 litr «Aysu» əmtəə nişanlı sərinləşdirici içkilərin isə satışdan çıxarılaraq istehsalçı müəssisəyə qaytarılması barədə ticarət obyektlərinə göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR