Bank Of Baku

Saxlama müddəti ötmüş 150 kiloqramdan çox ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 150 kiloqramdan çox ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilib
# 24 sentyabr 2009 17:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən «Taya Qaya market»də, «Halal market»də, «D» yaşayış massivində «Xanbulan market»də, Abşeron rayonu Mehdiabad qəsəbəsində «İmperial market»də, Gəncə şəhərində «Ruzi market»də, Sumqayıt şəhəri 9-cu mikrorayonda Kəmalə Hüseynovaya məxsus ərzaq malları mağazasında ümumi çəkisi 150 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinq zamanı həmçinin Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «D» yaşayış massivində «Ceyhun market»də və «V» yaşayış massivində «Taya Qaya market»də üzərində istehsalçı müəssisənin adı, malın istehsal tarixi göstərilməyən qarğıdalı çubuqları və «Rahat lokum» şirniyyatları aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 428 fiziki şəxsə 639,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR