Bank Of Baku

Londonda Azərbaycan-Britaniya Biznes Şurası təsis olunub

Londonda Azərbaycan-Britaniya Biznes Şurası təsis olunub
# 25 sentyabr 2009 07:31 (UTC +04:00)
Toplantıda Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev, səfir Fəxrəddin Qurbanov, Britaniya tərəfdən Şuranın həmsədri Lord Hauel, Şuranın direktoru Maykl Tomas, Britaniya Lordlar Palatasının üzvləri və Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi, eləcə də müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.

Tədbiri açıq elan edən Şuranın həmsədri Lord Hauel son zamanlar iki ölkə arasında bütün sahələrdə münasibətlərin genişləndiyini vurğulayıb və Şuranın yaradılmasının ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb. O, həmçinin ölkəmizdə geniş biznes imkanlarının mövcud olduğunu və xarici sərmayədarların fəaliyyəti üçün münbit şərait yaradıldığını söyləyib.

Cahangir Hacıyev Azərbaycan iqtisadiyyatında son dövrlər əldə edilmiş nailiyyətlərdən söz açaraq, yenicə təsis olunmuş Biznes Şurasının əsas məqsədinin iki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi olduğunu, həmçinin Biznes Şurasının Azərbaycanın iqtisadi potensialının Britaniyada təbliği istiqamətində fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

Daha sonra Britaniyanın bir sıra aparıcı şirkətləri və biznes qurumlarının nümayəndələri təkliflərini diqqətə çatdıraraq, potensial layihələr ətrafında fikir mübadiləsi aparıblar. Şuranın fəaliyyətinin iki ölkənin işgüzar münasibətlərinə özünəməxsus töhfə verəcəyi və ölkələrimiz arasında iqtisadi fəallığın artmasına gətirib çıxaracağına inam ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR