Bank Of Baku

Rusiyada ilin “biznes-lider”lərinin reytinqi açıqlanıb

Rusiyada ilin “biznes-lider”lərinin reytinqi açıqlanıb
# 28 sentyabr 2009 09:12 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın “Kommersant” qəzeti Menecerlər Assosiasiyası ilə birlikdə ölkənin 1000 ən yaxşı menecerinin siyahısını hazırlayıb.
APA-Economics”in xəbərinə görə, iqtisadiyyatın 18 sahəsi üzrə top-menecerlərin fəaliyyəti qiymətləndirilib. Ayrıca ilin “biznes-lider”ləri də müəyyənləşdirilib. Onların arasında “LUKoil” prezidenti Vahid Ələkbərov, “Rosneft”in prezidenti prezidenti Sergey Boqdançikov, “Renova” şirkətlər qrupunun sədri Viktor Vekselberq, “Sberbank”ın prezidenti German Qref, “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller, “Rusiya Dəmir Yolları”nın prezidenti Vladimir Yakunin də var.
Maraqlıdır ki, “Rusal”ın sahibi Oleq Deripaska “biznes-lider”lərin siyahısına düşməyib. Buna səbəb onun şirkətlərinin borcunun 20 mlrd. dollara çatmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR