Bank Of Baku

Azərbaycanın şəhər və rayonlarında 300 kq-dək yararsız ərzaq məhsulları və 300-dək mənşəyi məlum olmayan oyuncaq aşkarlanıb

Azərbaycanın şəhər və rayonlarında 300 kq-dək yararsız ərzaq məhsulları və 300-dək mənşəyi məlum olmayan oyuncaq aşkarlanıb
# 28 sentyabr 2009 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsinin «B» yaşayış massivində yerləşən «Sizin market»də, «Çənlibel market»də, «Şirniyyat market»də, Nurəddin Bağırova məxsus ərzaq malları mağazasında, Nizami rayonunda Rəşid Hüseynova məxsus «Yarmarka»da, Nəsimi rayonunda «VİP market»də, «Ağa market»də, Dəvəçi rayonunun Pirəmsən kəndində «Müzəffər» pərakəndə ticarət mağazasında ümumi çəkisi 280 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər zamanı həmçinin, Bakının Nizami rayonunda Rəşid Hüseynova məxsus «Yarmarka»da mənşəyi məlum olmayan 290 ədəd uşaq oyuncaqları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 8 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və onlara qarşı inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 445 fiziki şəxsə 664 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR