Bank Of Baku

Böyük Britaniyada mənzillərin qiyməti iki illik maksimuma çatıb

Böyük Britaniyada mənzillərin qiyməti iki illik maksimuma çatıb
# 29 sentyabr 2009 08:03 (UTC +04:00)
Bakı – APA-Economics. Sentyabr ayında Böyük Britaniyada mənzillərin qiymətində 0,2% artım qeydə alınıb. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu, 2007-ci ilin iyulundan bəri rekord səviyyədir.
Hazırda İngiltərə və Uelsdə bir evin orta qiyməti 156,1 min funt sterlinq (248 min dollar) təşkil edir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% azdır.
Son iki ildə ilk dəfə olaraq Böyük Britaniyada evlərin qiyməti bu ilin avqustunda 0,1% artıb. 2008-ci ilin avqustundan bu ilin avqustuna qədər qiymətlərin enməsi 6,7% təşkil edib.
Avqustun sonunda Britaniya Banklar Assosiasiyası bəyan edib ki, Birləşmiş Krallığın ipoteka kreditorları iyun ayında 35564, iyul ayında isə 38181 müraciəti müsbət dəyərləndirib. 2008-ci ilin fevralından bəri ən yüksək göstərici bu ilin iyul göstəriciləri olub. Belə ki, iyul ayında Böyük Britaniyada ipoteka kreditləşməsinin həcmi 8,4 mlrd. funt sterlinq artaraq 13,8 mlrd. funta çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR