Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən sahibkarlara 100 mln. manatdan artıq güzəştli kreditlər verilib

Azərbaycanda ilin əvvəlindən sahibkarlara 100 mln. manatdan artıq güzəştli kreditlər verilib
# 30 sentyabr 2009 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən müvəkkil kredit təşkilatı vasitəsilə Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Saatlı rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 120-yə yaxın sahibkara 1,6 mln. manatdan artıq güzəştli kreditlər verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində bu rayonlarda 150-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ilin ötən dövrü ərzində SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kreditlərin həcmi 100 mln. manatdan, güzəştli kredit almış sahibkarlıq subyektlərinin sayı isə 1 700-dən çox olub. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 7 mindən artıq yeni iş yerinin yaradılması gözlənilir.

Ümumiyyətlə, 2009-cu il ərzində SKMF sahibkarlara 130 mln. manat güzəştli kredit ayıracaq. Ayrılan vəsaitin 74 mln. manatı dövlət büdcəsindən, 56 mln. manatı isə əvvəl verilmiş kreditlərin geri qaytarılması hesabına formalaşacaq.

Xatırladaq ki, SKMF vəsaiti bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR