Bank Of Baku

Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüş keçirilib - FOTO

Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüş keçirilib - <font color=red>FOTO</font>
# 30 sentyabr 2009 15:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunda Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, öncə klubun icraçı direktoru Telman Əliyev fəaliyyətləri ilə bağlı məlumat verib. Bildirib ki, hazırda Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunda 30 ölkədən 500-dən artıq şirkət təmsil olunur.

Ə.Həsənov isə «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 15 il ərzində görülən işlərdən danışıb. Administrasiya rəsmisi bildirib ki, «Əsrin müqaviləsi» Azərbaycanla yanaşı, Xəzər regionunun karbohidrogen resurslarının Avropaya nəqlində mühüm rol oynayıb: «Bununla da Xəzər regionu transmilli şirkətlərin böyük kapital yatırdığı regionlardan birinə çevrildi. Əgər 1995-1996-cı illərdə Xəzər regionuna üçüncü və dördüncü dərəcəli şirkətlərin cəlbi üçün aylarla danışıqlar aparılırdısa, bu gün regiona işləmək üçün dünyanın tanınmış şirkətləri maraq göstərir. Azərbaycanın apardığı işlər nəticəsində regionunun geosiyasi vəziyyəti dəyişdi».

Daha sonra Ə.Həsənova Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun «Fəxri Üzvü» sertifikatı təqdim olunub. Ə.Həsənov klub üzvlərinin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR