Bank Of Baku

Natiq Əliyev: «Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsinin həcmi sahibkarlar üçün yaradılan şəraitdən asılıdır»

Natiq Əliyev: «Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsinin həcmi sahibkarlar üçün yaradılan şəraitdən asılıdır»
# 01 oktyabr 2009 11:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi sahibkarlar üçün yaradılan mühit və şəraitdən asılıdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri, sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 490 mln. ABŞ dolları təşkil edib: «Bu rəqəm nə Azərbaycanı, nə də Qazaxıstanı qane edir. Belə ki, ticarət dövriyyəsinin artırılması üçün imkanlar mövcuddur. Hər iki dövlət sahibkarlar üçün mühit və şəraiti yaxşılaşdırmalıdır ki, ticarət dövriyyəsi inkişaf etsin».

Buna misal olaraq N.Əliyev Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsini gətirib: «Hələ 2002-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 400 mln. dollar təşkil edirdi. Lakin aparılan sıx əməkdaşlıq və mövcud imkanlardan səmərəli istifadə iki ölkə arasında ticarət dövriyyəsini 2 mlrd. dollaradək gətirib çıxarıb».

Qeyd edək ki, ötən il ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 2007-ci illə müqayisədə 40,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR