Bank Of Baku

350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 01 oktyabr 2009 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Nizami rayonunda «Fialka market»də, «TNT market»də, Nərimanov rayonunda «Azroşen» MMC-yə məxsus anbarda, Yasamal rayonunda «Ekspress market»də, Nəsimi rayonunda «Amin market»də, Almaz Əliyevaya məxsus mağazada, «İdeal» mağazasında, Sabunçu rayonunda «Kamil market»də, Samux rayonunun Nəbiağalı qəsəbəsində Azər Nəsibova məxsus ərzaq malları mağazasında, Xaçmaz rayonunun Qusarçay kəndində Şahin Pənahova və Ucar şəhərində Ceyhun Hacıyevə məxsus pərakəndə ticarət mağazalarında ümumi çəkisi 350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, eləcə də kosmetik vasitələr, ətirlər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 10 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, 2009-cu ilin mayın 17-dən etibarən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 447 fiziki şəxsə 667 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR