Bank Of Baku

«Hennessy» Konyak Evinin rəhbəri Azərbaycana gələcək

«Hennessy» Konyak Evinin rəhbəri Azərbaycana gələcək
# 02 oktyabr 2009 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 5-də Fransanın dünya şöhrətli «Hennessy» Konyak Evinin rəhbəri Morris Rişar Hennessi Azərbaycana səfər edəcək.

«Hennessy» məhsullarının Azərbaycanda rəsmi distribütoru olan «Apeks Ltd.» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bir günlük səfər çərçivəsində M.Hennessi şəxsən Azərbaycanda öz məhsullarının təqdimatını keçirəcək.

Xatırladaq ki, «Hennessy» konyakları dünyanın ən yaxşı spirtli içkilərinə aiddir. Belə ki, həmin konyakların istehsalına 1765-ci ildə başlanılıb.

Qeyd edək ki, «Apeks Ltd.» şirkəti Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR