Bank Of Baku

Almaniya investorları Azərbaycanda soyuducu anbarların tikintisinə maraq göstərir

Almaniya investorları Azərbaycanda soyuducu anbarların tikintisinə maraq göstərir
# 05 oktyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya iş adamları Azərbaycana damazlıq mal-qara ixrac etməyə və Azərbaycanda soyuducu anbarların tikintisində iştirak etməkdə maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu Almaniya Ərzaq, Kənd Təsərrüfatı, İstehlakçıların Hüquqlarının Qorunması Nazirliyi Avropa İttifaqı, beynəlxalq məsələlər və balıqçılıq şöbəsinin müdiri Dietrix Quth bildirib.

Onun sözlərinə görə, Almaniya ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlıq mövcuddur və bu sahədə müəyyən inkişafa nail olunub. Belə ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamları üçün Almaniyada treninqlər, o cümlədən təcrübə mübadiləsi həyata keçirilir: «Almaniyalı iş adamları əsasən Azərbaycana damazlıq mal-qaranın gətirilməsində və soyuducu anbarların inşasında iştirak etməkdə maraqlıdır».

D.Quth onu da qeyd edib ki, son zamanlar Almaniyadan Azərbaycana gətirilən aqrar texnikanın sayı artıb.

Qeyd edək ki, Azərbaycanın Quba-Xaçmaz, Aran, Lənkəran və Gəncə-Qazax iqtisadi rayonlarında hər birinin tutumu 2 min ton olan soyuducu anbar kompleksləri tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR