Bank Of Baku

Bakıda Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi keçiriləcək

Bakıda Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi keçiriləcək
# 05 oktyabr 2009 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il noyabr ayının 4-7-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda II Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi («CIPS 2009») keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sərgi «BakuTel» Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ilə birgə keçiriləcək. Sərgilərin birgə keçirilməsi əhalinin təhlükəsizliyinin təmin olunmasında informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi və sərgi ekspozisiyalarının hər iki sektorun mütəxəssisləri üçün maraq kəsb etməsi ilə əlaqələndirilir.

«CIPS 2009» sərgisində Azərbaycan, Türkiyə, Yaponiya, Rusiya və Ukraynadan olan şirkətlər iştirak edəcək. Sərgidə həmçinin, «Panasonic», «LG», «FORTEZA» kimi ticarət nişanları da təqdim olunacaq.

Sərgi çərçivəsində seminarların, yeniliklərin təqdimatının keçirilməsi də nəzərdə tutulub. Tədbir əsas etibarilə dövlət strukturlarının nümayəndələri, yanğınsöndürmə xidmətləri, xilasetmə xidmətləri, təcili tibbi yardım və dövlət yol polisi idarəsi, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iri, orta və kiçik biznes müəssisələri, həmçinin ayrı-ayrı şəxslərə istiqamətlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR