Bank Of Baku

Azərbaycan Rusiya və Baltik ölkələrə pivə ixrac edəcək

Azərbaycan Rusiya və Baltik ölkələrə pivə ixrac edəcək
# 06 oktyabr 2009 12:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən Xaçmaz Pivə Zavodu «İceberg» brendli pivələrin ixracına hazırlaşır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Xaçmaz Pivə Zavodunun direktoru Oruc İsayev məlumat verib.

İlkin mərhələdə istehsal edilmiş pivə Dağıstana və Baltik ölkələrə ixrac ediləcək. Artıq Dağıstanla hazır məhsulun ixracına dair razılaşma əldə olunub.

O.İsayevin sözlərinə görə, hazırda zavodun illik istehsal gücü 3 min tondur. Yaxın illər üçün zavodda müasir texnologiyaların tətbiqi ilə istehsalın 10 min tona çatdırılması planlaşdırılır.

Zavod rəhbəri onu da qeyd edib ki, pivə bişirilməsində hazırda Belçika və Almaniyadan idxal olunan arpadan istifadə olunsa da, gələcəkdə Azərbaycanda istehsal ediləcək analoji xammaldan istifadə nəzərdə tutulur.

Qeyd edək ki, Xaçmaz Pivə Zavodu ötən il fəaliyyətə başlayıb. Zavodun istehsal etdiyi «İceberg» brendli 5-ə yaxın çeşiddə pivə Azərbaycan bazarında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR