Bank Of Baku

Azərbaycan Kanadaya spirtli içki ixrac edəcək

Azərbaycan Kanadaya spirtli içki ixrac edəcək
# 06 oktyabr 2009 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı istehsalçılarından biri olan Göygöl Şərab Zavodu spirtli içkilər ixrac edəcək. Bu barədə «APA-Economics»ə zavodun baş texnoloqu Nadir İsmayılov məlumat verib.

N.İsmayılovun sözlərinə görə, artıq Göygöl Şərab Zavodu Çin, Kanada, İsveç kimi ölkələrlə spirtli içkilərin ixracına dair müqavilə imzalayıb və yaxın gələcəkdə həmin ölkələrə hazır məhsulun ixracına başlanacaq: «Bununla yanaşı biz Rusiyaya çaxır ixrac edəcəyik ki, artıq Rusiya tərəfi ilə ilkin razılıq əldə olunub».

Qeyd edək ki, hazırda Göygöl Şərab Zavodu saatda 6 min butulka istehsal gücünə malik olan iki araq xətti və saatda 3 min butulka istehsal edən çaxır və konyak xətti mövcuddur. Zavodun həmçinin 525 hektarlıq yüksək sortlu üzüm bağlarına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR