Bank Of Baku

Azərbaycanda Baltik ölkələrin ərzaq məhsullarının satışı üzrə marketlər şəbəkəsi yaradılacaq

Azərbaycanda Baltik ölkələrin ərzaq məhsullarının satışı üzrə marketlər şəbəkəsi yaradılacaq
# 06 oktyabr 2009 13:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda Baltik ölkələrin ərzaq məhsullarının satışını həyata keçirən marketlər şəbəkəsinin yaradılması planlaşdırılır. Bu barədə «ATA Holding» Şirkətlər Qrupunun marketinq-layihələşdirmə departamentinin müdiri İlkin Quliyev məlumat verib.

İ.Quliyevin sözlərinə görə, hazırda «ATA Holding» tərəfindən Bakıda Litva Ticarət Evi yaradılıb və bu mərkəz Litva və Latviyadan müxtəlif növ ərzaq, xüsusilə də süd məhsullarının Bakıdakı 800-ə yaxın marketlərə paylanmasını həyata keçirir: «Biz hazırda Estoniyadan da ərzaq məhsullarının Azərbaycanda satışını təşkil etmək üzərində iş aparırıq. Litva Ticarət Evi artıq bazarda 15%-ə yaxın paya malikdir. Marketlər şəbəkəsi «Marka Milk» və ya «Litvadan süd məhsulları» brendi ilə fəaliyyət göstərəcək».

İ.Quliyevin sözlərinə görə, Baltik ölkələrdən gətirilən ərzaq məhsulları qiymətinə görə digər məhsullardan bir qədər bahadır. Bunun da səbəbi həmin məhsulların keyfiyyəti ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR