Bank Of Baku

Azərbaycanın tanınmış şərab brendləri ilk dəfə «Tünd alkoqollu içkilər» ensiklopediyasına daxil edilib

Azərbaycanın tanınmış şərab brendləri ilk dəfə «Tünd alkoqollu içkilər» ensiklopediyasına daxil edilib
# 06 oktyabr 2009 14:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın şərabçılıq sənayesi və tanınmış şərab brendləri ilk dəfə «Tünd alkoqollu içkilər» ensiklopediyasına daxil edilib. Bu barədə «APA-Economics»ə Azərbaycanın «Tovuz-Baltiya» şirkətinin prezidenti Naiq Məmmədhəsənov məlumat verib.

N.Məmmədhəsənovun sözlərinə görə, Rusiyanın «Anton Jiqulski» nəşriyyatı tərəfindən hər il nəşr olunan alkoqollu içkilər ensiklopediyasının əvvəlki nəşrlərində dünya ölkələrinin bir çoxunun, o cümlədən Ermənistan və Moldovanın şərabçılıq sənayesi, tanınmış şərab brendləri barədə geniş məlumat yerləşdirilsə də Azərbaycan barədə məlumatlar olmayıb: «Azərbaycanın şərabçılıq sənayesinin tarixi, müasir imkanları, dünyada tanınmış şərab brendlərimiz barədə məlumatları hazırlayaq nəşriyyata təqdim etdik. Bildirdik ki, bu məlumatlar ensiklopediyada yer almazsa, alternativ tədbirlər görəcəyik və bu nəşri qərəzli adlandıracağıq. Eyni zamanda, həmin ensiklopediyanın lazım olarsa, çap xərclərini ödəməyi belə təklif etdik. Artıq Azərbaycanla bağlı məlumatlar 2008-ci ilin yekunlarına dair nəşrdə ilk səhifələrdə yer alıb».

N.Məmmədhəsənov onu da qeyd edib ki, Azərbaycan tərəfinin elmi dəlilləri və əyani sübutlarından sonra Azərbaycan şərabları ensiklopediyada dünyanın ən tanınmış brendləri ilə bir yerdə göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR