Azərbaycan Sahibkarlığa Kömək Milli Fondunun yeni əsasnaməsi və vəsaitlərdən istifadə qaydaları təsdiqlənib
Fərmana əsasən, məqsədi Azərbaycanda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarət olan Fondun ali idarəetmə orqanı onun Müşahidə Şurası hesab olunur. Müşahidə Şurası sədr daxil olmaqla 7 üzvdən ibarət say tərkibində təşkil edilir ki, şuranın 3 üzvü Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, qalan 4 üzvü İqtisadi İnkişaf Nazirliyi tərəfindən təyin edilir. Qeyd edək ki, Fond İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərir.
Əsasnaməyə əsasən, SKMF-in vəsaitləri Azərbaycanın dövlət büdcəsinin təxsisatlar, Fondun fəaliyyətindən əldə olunan daxilolmalar, o cümlədən verilmiş güzəştli kreditlər üzrə əsas borc, faiz, cərimə və komissiyon haqqı üzrə ödənişlər, yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr, xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar, yerli və xarici maliyyə bazarlarından qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən alınmış kreditlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına formalaşır. Fondun vəsaitinin istifadəsi Azərbaycan prezidenti tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, Fondun cari fəaliyyətinə iqtisadi inkişaf naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən SKMF-ə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün birbaşa məsuliyyət daşıyan icraçı direktor rəhbərlik edir.
Fondun vəsaitlərinin istifadəsi qaydalarına əsasən, vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Qeyd edək ki, verilmiş güzəştli kreditlər üzrə Fondun hesabına ödənilmiş faizlər, cərimələr və komisyon haqlar xüsusi vəsaitlər formasında toplanır və həmin vəsaitlərin 10%-i Fondun maddi-texniki bazası və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilə bilər.
Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitallarının 100%-dək ola bilər. Böyük və iri həcmli layihələrin maliyyələşdirilməsi zamanı bu məhdudiyyət müvəkkil bankların məcmu kapitallarının 150%-dək artırıla bilər. Bank olmayan kredit təşkilatlarının cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı isə onların nizamnamə kapitallarının 100%-dək ola bilər.
Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:
- 10 000 manatdan 50 000 manatadək — kiçik həcmli kreditlər;
- 50 001 manatdan 250 000 manatadək — orta həcmli kreditlər;
- 250 001 manatdan 1 000 000 manatadək — böyük həcmli kreditlər;
- 1 000 001 manatdan 5 000 000 manatadək — iri həcmli kreditlər.
Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin maksimum həddi 5 mln. manatdan artıq ola bilməz.
Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
- kiçik həcmli kreditlər üçün - 2 (iki) ilədək;
- orta həcmli kreditlər üçün - 3 (üç) ilədək;
- böyük həcmli kreditlər üçün - 5 (beş) ilədək;
- iri həcmli kreditlər üçün -7 (yeddi) ilədək.
Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:
- KİV-in inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5%;
- digər layihələrin maliyyələşdirilməsi üçün – 1%.
Öz növbəsində müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi göstərilmiş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 6%-dən (KİV-in inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4%-dən) artıq olmamalıdır.
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir, 206 üzv səs verəcək - FOTO - YENİLƏNİB
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
Xarici diplomatlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər - FOTO
“UĞUR 777 estetik mərkəz”lə bağlı cinayət işi üzrə zərərçəkmiş “Hepatit C”yə yoluxduğunu bildirib
Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır
Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər
Hacıqabulda elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürüb
Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək
Kreml: Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib
Nazir müşaviri: Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində geriləmə müşahidə edilib
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
Azərbaycanda bu il sənaye istehsalı 45 mlrd. manata yaxınlaşıb
6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Xarici diplomatlar Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində tikinti işləri ilə tanış olublar - VİDEO - FOTO
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
“Koroğlu” metrostansiyası qarşısında ekspres avtobusların hərəkətinin təşkilində dəyişiklik edilib - FOTO
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI