Bank Of Baku

400 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

400 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 08 oktyabr 2009 16:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində İlham İsmayılova məxsus mağazada, Səbail rayonunun Badamdar qəsəbəsində «Star market»də, Nizami rayonunda «Qasid market»də, «İdrak market»də, «Elgün market»də, «Samir market»də, Xətai rayonunda «Ailəvi» marketdə, «Sev-al market»də, Mirhüseyn Sadıqova məxsus marketdə, Gülnarə Əhmədovaya məxsus mağazada, Gəncə şəhəri Sadıllı qəsəbəsində Aqil Məmmədova məxsus ərzaq malları mağazasında, Yeni Gəncə qəsəbəsində Qəribə Həsənovaya məxsus ərzaq malları mağazasında, Şahmar Məmmədova məxsus ərzaq malları mağazasında, Quba rayonunun Alekseyevka kəndində Novruz Qafarova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 400 kiloqramdan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinq nəticəsində həmçinin Bərdə rayonunun Cəyirli kəndində Bayram Qarayev tərəfindən satılan 6,52 ton saxta sement satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 463 fiziki şəxsə 691 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR