Bank Of Baku

Azərbaycan Avropa Komissiyasının Daxili Bazar və Xidmətlər üzrə Baş direktorluğunun Brüsseldə keçirilən toplantısında iştirak edib

Azərbaycan Avropa Komissiyasının Daxili Bazar və Xidmətlər üzrə Baş direktorluğunun Brüsseldə keçirilən toplantısında iştirak edib
# 08 oktyabr 2009 16:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (ASMPDK) nümayəndələri Brüsseldə (Belçika) Avropa Komissiyasının Daxili Bazar və Xidmətlər üzrə Baş direktorluğunun toplantısında iştirak edib.

ASMPDK-dan «APA-Economics»ə verilən məlumata görə, seminarda mal və məhsulların maneəsiz ixracı, dövriyyəsi, daxili bazarın prinsipləri, qarşılıqlı tanınma mexanizmləri, intellektual və sənaye mülkiyyətinin qorunmasında hüquqi normalar əsas müzakirə mövzuları olub.

Qeyd edək ki, seminar Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində Şərq tərəfdaşları üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR