Bank Of Baku

Azərbaycan paytaxtında un istehsal edən şirkət cərimələnib

Azərbaycan paytaxtında un istehsal edən şirkət cərimələnib
# 09 oktyabr 2009 10:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Zəngəzur» İstehsalat Kommersiya Firmasında monitorinq keçirib. Bu barədə «APA-Economics»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq nəticəsində istehsalda istifadə olunan xammalın uyğunluq sertifikatının olmadığı aşkarlanıb. Bundan başqa, laborator müayinə nəticəsində istehsal olunan I növ buğda ununun normativ sənədlərin tələblərinə cavab vermədiyi, məhsulların markalanmasının düzgün aparılmadığı, istismar olunan ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub.

Faktla bağlı «Zəngəzur» İstehsalat Kommersiya Firmasına İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12 maddələrinə əsasən cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR