Bank Of Baku

Suveren Fondların Beynəlxalq Forumunun Bakıda keçirilən iclası başa çatıb

Suveren Fondların Beynəlxalq Forumunun Bakıda keçirilən iclası başa çatıb
# 09 oktyabr 2009 15:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) Bakıda keçirilən iki günlük iclası başa çatıb. «APA-Economics»in məlumatına görə, tədbirin yekununa dair bu gün mətbuat konfransı keçirilib. Tədbir barədə məlumat verən Forumun sədri David Murray bildirib ki, bu ötən ilin aprel ayında Küveytdə yaradılmış Forumun ilk iclasıdır. İclasda əsasən dünyada böhrandan sonrakı vəziyyətə dair müzakirələr aparılıb. Həmçinin ötən bir ildə əldə olunmuş nailiyyətlər, maliyyə böhranından çıxarılmış nəticələrə dair fikir mübadilələri aparılıb.

«Forum olaraq bizim əsas məqsədimiz investisiya mühitini şəffaflaşdırmaq, investisiyaların təşviqinə dəstək verməkdir. Böhran zamanı sərvət fondları milli iqtisadiyyatlara yartım etdilər. Bu dövrdə bəzi fondlar müsbət, bəziləri isə mənfi rentabelli olub», - deyə Murray qeyd edib.

Forum rəhbərinin sözlərinə görə, iclasda suveren fondlar tərəfindən investisiya portfelinin idarə edilməsi, iri ölkələr böhranın nəticələrinin aradan qaldırılması istiqamətində səylərdən də danışlıb.

Qeyd edək ki, Azərbaycan hökuməti və ARDNF-in təşkilatçılığı keçirilən tədbirdə dünyanın 20-dən artıq ölkəsinin suveren fondlarının yüksək səviyyəli nümayəndələri iştirak edib. Forumun gələcək fəaliyyətini müəyyənləşdirmək üçün iş planı razılaşdırılıb və yekunda Bakı Bəyannaməsi qəbul olunub.

SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb. Suveren Fondların Beynəlxalq Forumu könüllü qrup olub, suveren fondların ümumi marağına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santiaqo prinsiplərini rəhbər tutaraq suveren fondların fəaliyyətlərinin inkişaf etdirilməsinə kömək etmək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR