Bank Of Baku

ATİB ADFİAP-la əməkdaşlıq protokolu imzalayıb

ATİB ADFİAP-la əməkdaşlıq protokolu imzalayıb
# 09 oktyabr 2009 16:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Asiya Sakit Okean bölgəsi üzrə Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyası (ADFİAP) arasında əməkdaşlıq protokolu imzalanıb. Bu barədə «APA-Economics»ə ATİB-in mətbuat xidmətindən məlumat verilib.

Protokolu ATİB sədri Əhməd Erentok və ADFİAP-ın baş katibi Oktavio Borlaza Peralta imzalayıb.

Əməkdaşlıq protokoluna görə tərəflər kiçik, orta və iri sahibkarlığın inkişafına kömək edəcək konfrans və simpoziumlar təşkil edəcək, biznes şəbəkəsi və strateji ittifaqların yaradılması üçün təcrübə mübadilələrinin aparılmasına dəstək verəcəklər. Bundan başqa, ATİB və ADFİAP informasiya mübadiləsi həyata keçirəcək, qurumların nəşrləri, araşdırmaları üzv təşkilatlara yayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR