Bank Of Baku

Bakıda 14 oktyabr - Beynəlxalq Standartlaşma günü münasibətilə tədbir keçirilib

Bakıda 14 oktyabr - Beynəlxalq Standartlaşma günü münasibətilə tədbir keçirilib
# 12 oktyabr 2009 11:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 14 oktyabr - Beynəlxalq Standartlaşma günü münasibətilə tədbir keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə komitənin texniki tənzimlənmə və standartlaşma şöbəsinin müdiri Sabiq Abdullayev, qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri İbrahim Babayev və ərzaq məhsullarının keyfiyyətinə dövlət nəzarəti şöbəsinin müdiri Mənsim Babayev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Abdullayev 14 oktyabr - Beynəlxalq Standartlaşma gününün dünyada 1970-ci ildən, Azərbaycanda isə 1993-cü ildən qeyd edildiyini bildirib. S.Abdullayevin sözlərinə görə, son illər ərzində ölkənin idxal-ixrac qabiliyyətinin artırılmasında standartlaşmanın böyük rolu olub: «Bu, standartlaşmanın beynəlxalq inteqrasiyaya çıxışında öz əksini tapıb».

S.Abdullayev daha sonra SMPDK-nin tərkibində texniki komitələrin yaradılması barədə danışıb: «Yaxın zamanda SMPDK-nın tərkibində yol hərəkətinin təşkili, tikinti və ekologiya texniki komitələrinin yaradılması planlaşdırılıb. Hazırda isə yeyinti, informasiya texnologiyaları, neft və neft məhsulları, sosial məsuliyyət üzrə texniki komitələr fəaliyyət göstərir».

İ.Babayev isə öz çıxışında milli akkreditasiya sistemi haqqında geniş məlumat verərək, bu sahədə görülən işlərin sürətləndiyini bildirib.

Tədbirin sonunda M.Babayev ərzaq məhsullarının keyfiyyətsiz istehsalı ilə bağlı son zamanlar normativ tələblərə cavab verməyən müəssisələrin aşkar olunduğunu vurğulayıb. O, nöqsanların qənd və çörək sexlərində, həmçinin un dəyirmanlarında olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR