Bank Of Baku

Azərbaycan vergi orqanları sentyabrda 2 885 vergi ödəyicisində qanun pozuntusu aşkarlanıb

Azərbaycan vergi orqanları sentyabrda 2 885 vergi ödəyicisində qanun pozuntusu aşkarlanıb
# 12 oktyabr 2009 12:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin sentyabr ayında keçirdiyi monitorinqlər zamanı 2 885 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Monitorinqlər zamanı 1 794 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 222 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi, valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 289 vergi ödəyicisi aşkar edilib, 331 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olması faktları müəyyən edilib.

Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 84 vergi ödəyicisində 88 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 141 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 24 vergi ödəyicisində 1 102,7 manat dəyərində 699 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib. Hazırda operativ nəzarət tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR