Bank Of Baku

Azərbaycan paytaxtında saxlama müddəti ötmüş noxud partiyası aşkarlanıb

Azərbaycan paytaxtında saxlama müddəti ötmüş noxud partiyası aşkarlanıb
# 12 oktyabr 2009 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində «Park market»də, «Can market»də, Rəna Camalovaya, İlkin Səfərəliyevə, Əlixan Hüseynova və Nəzakət Quliyevaya məxsus mağazaların hər birində, Gəncə şəhərində «Əkbər market»də, Qusar rayonunun Piral kəndində Elşad Şalbuzova məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 270 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər zamanı həmçinin, Bakının Nizami rayonunda Elçin Fərzullayevə məxsus anbarda çəkisi 300 kiloqram olan saxlama müddəti ötmüş noxud aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 48 hüquqi şəxsə 185 min manat, 479 fiziki şəxsə 715 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR