Bank Of Baku

Azərbaycan parlamenti «Sahibkarlıq fəaliyyəti haqqında» qanuna əlavə və dəyişikliklər hazırlayarkən beynəlxalq təcrübəni nəzərə almayıb

Azərbaycan parlamenti «Sahibkarlıq fəaliyyəti haqqında» qanuna əlavə və dəyişikliklər hazırlayarkən beynəlxalq təcrübəni nəzərə almayıb
# 14 oktyabr 2009 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərbaycanda sahibkarlıq fəaliyyəti haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi parlament tərəfindən təsdiqlənsə də, dövlət başçısı tərəfindən yenidən parlamentin müzakirəsinə qaytarılıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Z.Səmədzadənin sözlərinə görə, qanun layihəsi ideya baxımından doğrudur. Lakin əlavə və dəyişikliklər hazırlanarkən beynəlxalq təcrübə tam nəzərə alınmayıb: «Biz bu qanunu hazırlayarkən qabaqcıl dünya təcrübəsindən istifadə etməmişdik. Bunu nəzər alaraq, prezident belə bir qərar qəbul edib».

Komitə sədri onu da bildirib ki, Milli Məclis prezidentin etirazını qəbul edir və gələcəkdə dünya təcrübəsi nəzərə alınmaqla qanun layihəsi yenidən işlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR