Bank Of Baku

Bakıda “İnsan kapitalı. Dövlət. Biznes” adlı I beynəlxalq konfrans keçiriləcək

Bakıda “İnsan kapitalı. Dövlət. Biznes” adlı I beynəlxalq konfrans keçiriləcək
# 14 oktyabr 2009 11:41 (UTC +04:00)
Bakı – APA-Economics. Bu il noyabrın 25-26-da Bakıda “İnsan kapitalı. Dövlət. Biznes” adlı I Beynəlxalq Konfrans keçiriləcək. Bu barədə “APA-Economics”ə konfransın əsas təşkilatçısı olan “Allianz Group”dan məlumat verilib.

Məlumata görə, konfransın proqramına uyğun olaraq, təcrübi-tətbiqi məruzələr ediləcək, master-klaslar təşkil olunacaq, dəyirmi masalar keçiriləcək.

“Allianz Group”un direktoru Ülvi Ağayev bildirib ki, “İnsan hər bir biznesin və dövlətin ən böyük resursudur” fikri yeni olmasa da, Bakıda keçiriləcək “İnsan kapitalı. Dövlət. Biznes” I Beynəlxalq Konfransı bu resursun qiymətləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir: “Bu da ondan ibarətdir ki, konfransın hər bir iştirakçısı MDB və Avropanın ən yaxşı təcrübəsini bilir”.

Tədbirlə bağlı əlavə məlumat almaq istəyənlər “Allianz Group”a (+994 12) 465 00 36/37, (+994 55) 276 76 00 nömrəli telefonlarla və ya [email protected] e-mail adresi vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, APA İnformasiya Agentliyi beynəlxalq konfransın təşkilatçıları tərəfindən tədbirin rəsmi informasiya tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR