Bank Of Baku

ATİB “Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri” mövzusunda hazırlanmış tədqiqatının ictimai müzakirəsini keçirib

ATİB “Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri” mövzusunda hazırlanmış tədqiqatının ictimai müzakirəsini keçirib
# 14 oktyabr 2009 12:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tədqiqat proqramı çərçivəsində “Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri” mövzusunda hazırlanmış tədqiqatının ictimai müzakirəsini keçirib.

«APA-Economics»in məlumatına görə, layihənin əsas məqsədi Azərbaycanda mövcud olan təhsil sisteminin vəziyyətini ətraflı qiymətləndirmək, onun üstün və çatışmayan cəhətlərinə nəzər yetirmək, inkişaf meyllərini nəzərə almaqla təkmilləşmə, o cümlədən biznes əməkdaşlığı istiqamətində tövsiyələri irəli sürməkdən ibarətdir.

Tədbirdə qeyd olunub ki, layihənin icrası zamanı Azərbaycanın təhsil sisteminin inkişafı istiqamətində tədqiqatlar aparılıb. Mütəxəssislər, təhsil müəssisələri və idarəetmə orqanlarının rəhbərləri, təcrübəli professor-müəllim heyəti, habelə ictimai təşkilatların təmsilçiləri və özəl sahibkarlıqla məşğul olan şəxslərlə görüşlər keçirilib.

Hesabatda Azərbaycan təhsil sisteminin problemli-situativ təhlili haqqında məlumat verilib. Təhsildə sahibkarlıq fəaliyyətinin yeri və rolu təhlil edilib, təhsilin modernləşmə islahatları araşdırılıb. Burada açılmış yeni ixtisasların (sosiologiya, psixologiya, menecment, dövlət idarəçiliyi və s.) və fənlərin tədrisində milli elmi məktəbin yaranması və bu kimi digər aktual məsələlər nəzərdən keçirilib. Hesabatda həmçinin ölkə və region iqtisadiyyatının kadr tələbatının milli peşə təhsili tərəfindən qarşılanması məsələsi təhlil edilərək qiymətləndirilib. Dövlət və qeyri-dövlət təhsilinin fəaliyyət təcrübəsi və perspektivləri istiqamətində tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR