Bank Of Baku

Azərbaycanda bir neçə qida məhsulunun istehsalı qadağan edilib

Azərbaycanda bir neçə qida məhsulunun istehsalı qadağan edilib
# 15 oktyabr 2009 07:53 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri Bakı şəhərinin Binəqədi rayonunda yerləşən və süd məhsullarının istehsalı ilə məşğul olan “Ocaq Pro” MMC-də dövlət nəzarəti aparıblar.

Müəssisədən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzində müayinə olunub. Müayinə nəticəsində məlum olub ki, xama və ayran fiziki-kimyəvi göstəricilərinə görə, yağlı qatıq isə mikrobioloji göstəricilərinə görə normativ sənədlərin tələblərinə cavab vermir. Bu səbəbdən həmin məhsulların istehsalı və satışı qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR