Bank Of Baku

Saxlama müddəti ötmüş 550 kiloqramdan çox ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 550 kiloqramdan çox ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 15 oktyabr 2009 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda yerləşən «Nigar market»də, «Bizim market»də, «Aztur market»də, Aydın Namazova, Rüfət Əliyevə və Məzahim Babayevə məxsus mağazalarda, Nəsimi rayonunda «Qaradok market»də, Kifayət Tağıyevaya məxsus mağazada, Binəqədi rayonunda «Rahat market»də, Yasamal rayonunda “6-cı paralel market”də, Suraxanı rayonunda yerləşən «Dostluq market»də, Sabunçu rayonunda «Elgün market»də, Gəncə şəhərindəki «Neskafe» ərzaq malları mağazasında, 22 saylı meyvə-tərəvəz mağazasında, Elşən Ağaxanova məxsus ərzaq malları mağazasında, Xaçmaz rayonunun Mürşüdoba kəndində Gülgəz İdrisovaya məxsus ərzaq malları mağazasında ümumi çəkisi 550 kiloqramdan çox saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, un məmulatları, bitki yağları, süd və süd məhsulları, balıq və konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 48 hüquqi şəxsə 185 min manat, 480 fiziki şəxsə 716,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR