Bank Of Baku

CEİBC üzvləri Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

CEİBC üzvləri Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb
# 15 oktyabr 2009 14:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEİBC) üzvlərinin Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla görüşü keçirilib. «APA-Economics»in məlumatına görə, klubun prezidenti Telman Əliyev bildirib ki, R.Həsənov indiyədək 4 dəfə CEİBC-in fəxri üzvü seçilib. Ötən dövrdə klub üzvləri ilə sıx əlaqədə olub, onların problemlərinin həllinə kömək göstərib.

CEİBC-nin fəaliyyəti barədə məlumat verən T.Əliyev gələn ilin yanvarında klubun strukturunda və adında dəyişikliyin ediləcəyini vurğulayıb. Bildirib ki, yanvar ayından CEİBC Xəzər-Avropa İnvestisiya Fondu adlandırılacaq və xaricdə – Böyük Britaniya və Qazaxıstanda nümayəndəliklər açacaq.

R.Həsənov isə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlər barədə məlumat verib. Komitə sədri bildirib ki, artıq standartlaşdırma sahəsində «Texniki tənzimləmə haqqında» qanun layihəsi Avropa İttifaqı ilə razılaşdırılaraq Milli Məclisə təqdim olunub. Bir sıra yeni standartlar təsdiq olunub, standartlaşdırma sahəsi üzrə Dövlət Komitəsində 4 texniki komitə yaradılıb.

«Bu gün Azərbaycanda elə sahələr var ki, Avropa standartlarına keçməyə hazır deyil. Bu sahədə fəaliyyəti stimullaşdırmaq üçün komitə tərəfindən yeni milli standartlar hazırlanır və təsdiq olunur», - deyə R.Həsənov vurğulayıb.

Komitə sədri problemlər sırasında sınaq laboratoriyalarının lazımi səviyyədə olmaması, sertifikatlaşdırma fəaliyyəti göstərmək istəyən şirkətlərin sayının az olması və s.-i göstərib.

Daha sonra R.Həsənov CEİBC-yə üzv şirkətlərin nümayəndələrinin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR