Bank Of Baku

Qazaxıstanda erməni iş adamı tərəfindən Azərbaycanın «Ağdam» brendi ilə şərab istehsal edilməsinin qarşısı alınıb

Qazaxıstanda erməni iş adamı tərəfindən Azərbaycanın «Ağdam» brendi ilə şərab istehsal edilməsinin qarşısı alınıb
# 15 oktyabr 2009 15:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Qazaxıstanda erməni iş adamı tərəfindən Azərbaycanın məşhur «Ağdam» brendi ilə şərab istehsal edilməsinin qarşısı alınıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənov bildirib ki, bu yaxınlarda Qazaxıstanda səfərdə olarkən bu faktla bir ərzaq mağazasında rastlaşıb. Araşdırmalar zamanı məlum olub ki, bu ölkədə yaşayan bir erməni əsilli iş adamı Azərbaycanın coğrafi adı və tanınmış «Ağdam» brendi ilə şərab istehsal edir: «Bununla bağlı mən qazaxıstanlı həmkarlarıma müraciət etdim. Bu coğrafi adın əmtəə nişanı kimi istifadəsi Azərbaycana məxsus olduğundan, müvafiq tədbirlər görüldü. Bu adda şərab istehsalı qadağan edildi».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR