Bank Of Baku

Gələn həftə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının İdarə Heyətinin iclası keçiriləcək

Gələn həftə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının İdarə Heyətinin iclası keçiriləcək
# 16 oktyabr 2009 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 19-da Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Biznes Şurasının İdarə Heyətinin 38-ci iclası keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, tədbir QDİƏT-in Biznes Şurasının gələcək rolu ətrafında birbaşa fikir mübadiləsi, xüsusilə QDİƏT-in biznes fəaliyyətinin artırılması, birgə fəaliyyətinin təşkili, digər regional biznes əməkdaşlıq layihələrinin uğurlu təcrübələrinin öyrənilməsi, həmçinin Qara dəniz regionunda fəaliyyət göstərən sahibkarların ehtiyacları və təklifləri istiqamətində açıq dialoqun keçirilməsinə həsr olunub. Həmçinin, iclasda ASK-nın Biznes Şurası İdarə Heyətində Azərbaycan icmalarını təmsil edən yeni təşkilat kimi təqdim olunması nəzərdə tutulub. İclasda Azərbaycanın iqtisadi inkişaf naziri, QDİƏT, Daimi Beynəlxalq Katiblik (PERMİS), QDİƏT Parlament Assambleyası (PABSEC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin (ICBSS) nümayəndələri iştirak edəcəklər. QDİƏT-in Biznes Şurasına sədrlik ASK-nın prezidenti Məmməd Musayev edəcək.

Qeyd edək ki, QDİƏT öz ətrafında Qara dəniz regionuna daxil olan 12 dövlətin biznes strukturlarını birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR