Azərbaycanda vergi cinayətlərinə görə axtarışda olan 28 nəfər həbs edilib
Hesabat dövründə ibtidai istintaqı tamamlanmış 126 cinayət işindən vergiləri ödəməkdən yayınmaya görə 31 iş, qanunsuz sahibkarlığa görə 11 iş, aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satış məqsədilə əldə edilməsinə görə 7 iş, özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə görə 1 iş və özgə əmlakını mənimsəməyə görə 1 iş, cəmi 69 nəfər barəsində 51 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 51 cinayət işinə xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyandan 8 mln. 273 min manat, cinayət işi başlanması rədd edilmiş materiallar üzrə isə 1 mln. 840 min manat, cəmi 10 mln. 113 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Bu da 2008-ci ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə ödətdirilmiş vəsaitdən 2 mln. 088 min manat və ya 1,4 dəfə çoxdur.
Hesabat dövründə vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 38 nəfər təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib. Daxil olmuş əməliyyat məlumatları və müraciətlər üzrə müvafiq araşdırmalar aparılaraq, 98 şəxs haqqında toplanmış materiallar vergi qanunvericiliyinə uyğun olaraq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı vergi yoxlamalarından yayınan 74 nəfər vergi ödəyicisi tapılaraq aidiyyəti vergilər idarələrinə təqdim edilib.
Yanvar-sentyabr aylarında cinayət işləri üzrə verilmiş istintaq və əməliyyat tapşırıqları üzrə keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilən 28 şəxs tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilib. İbtidai istintaqdan yayınan 128 şəxsin məcburi qaydada gətirilməsi təmin olunub.
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir, 206 üzv səs verəcək - FOTO - YENİLƏNİB
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
Xarici diplomatlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər - FOTO
“UĞUR 777 estetik mərkəz”lə bağlı cinayət işi üzrə zərərçəkmiş “Hepatit C”yə yoluxduğunu bildirib
Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır
Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər
Hacıqabulda elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürüb
Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək
Kreml: Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib
Nazir müşaviri: Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində geriləmə müşahidə edilib
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
Azərbaycanda bu il sənaye istehsalı 45 mlrd. manata yaxınlaşıb
6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Xarici diplomatlar Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində tikinti işləri ilə tanış olublar - VİDEO - FOTO
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
“Koroğlu” metrostansiyası qarşısında ekspres avtobusların hərəkətinin təşkilində dəyişiklik edilib - FOTO
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI