Bank Of Baku

Saxlama müddəti ötmüş 340 kq-dan çox ərzaq və qeyri-ərzaq məhsulları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 340 kq-dan çox ərzaq və qeyri-ərzaq məhsulları satışdan çıxarılıb
# 19 oktyabr 2009 12:07 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Koroğlu” MMC-yə məxsus anbarda, Nizami rayonunda Musa Hüseynova məxsus mağazalarda, “Nurlan market”də, Gəncə şəhərində Aqil Əliyevə və Elmar Mövlayevə məxsus ərzaq malları mağazalarında ümumi çəkisi 340 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq və qeyri-ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, kosmetik vasitələr və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. Qeyd edək ki, 17 may 2009-cu il tarixindən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 51 hüquqi şəxsə 194,6 min manat, 503 fiziki şəxsə 751,3 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR