Bank Of Baku

Kuçmanın kürəkəni Rusiyanın ən böyük sığorta şirkətlərindən birini alır

Kuçmanın kürəkəni Rusiyanın ən böyük sığorta şirkətlərindən birini alır
# 19 oktyabr 2009 22:07 (UTC +04:00)
Bakı – APA. Məşhur ukraynalı biznesmen Viktor Pinçuk Rusiyanın “Rossiya” sığorta şirkətini almaq qərarına gəlib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bununla bağlı danışıqlar artıq yekunlaşmaq üzrədir.
Rusiyanın 20 ən böyük sığorta şirkətindən biri olan “Rossiya”nın əsası 1990-cı ildə qoyulub. “EastOne” şirkətinin rəhbəri Viktor Pinçuk isə Ukraynanın ən varlı adamlarından biri sayılır. O, 2008-ci ildə “Forbes”in hesabatına əsasən dünyanın 203-cü ən varlı adamı elan edilib. V.Pinçuk Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın kürəkənidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR