Bank Of Baku

Azərbaycan paytaxtında yeni sərgi kompleksi inşa olunur

Azərbaycan paytaxtında yeni sərgi kompleksi inşa olunur
# 20 oktyabr 2009 11:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında yeni sərgi kompleksi tikiləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda sərgilərin əsas təşkilatçısı olan Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı «Iteca Caspian» şirkətinin direktor müavini Bəhruz Hidayətzadə bildirib.

Onun sözlərinə görə, yeni sərgi kompleksi Bakıdakı Beynəlxalq Hava Limanı yaxınlığında inşa olunur: «Sərgilər üçün nəzərdə tutulan yeni kompleksin pavilyonunun ərazisi təxminən 15 min kv. metr təşkil edəcək ki, bu da hazırkı sərgi pavilyonlarından iki dəfə çoxdur».

Sərgi kompleksinin inşası layihəsinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdirildiyini bildirən B.Hidayətzadə onu da qeyd edib ki, yeni kompleksin artıq 2010-cu ildə Bakıda keçiriləcək növbəti beynəlxalq neft-qaz sərgisi ərəfəsində (iyunun ilk dekadası) istismara verilməsi nəzərdə tutulub.

«Iteca Caspian» şirkətinin rəsmisi bildirib ki, şəhərdən bir qədər aralıda inşa olunan kompleksin tikintisi yerli və xarici şirkətlərin sərgilərə ağır və yüngül texnika və avadanlıqların pavilyonlara rahat gətirməsi məsələsini həll edəcək: «Hazırda isə sərgilərin keçirildiyi yerlər təyinatı üzrə deyil».

Qeyd edək ki, SSRİ dövründə Moskva şəhərində VDNX (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) adı altında tanınan sərgi kompleksi mövcud olub və həmin ərazidə SSRİ ölkələri öz mal və məhsullarını nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR