Bank Of Baku

Sumqayıtda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 81,2%-ə çatıb

Sumqayıtda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 81,2%-ə çatıb
# 21 oktyabr 2009 07:41 (UTC +04:00)
Bakı - APA-Economics. 2009-cu ilin ötən 9 ayı ərzində Sumqayıt şəhəri üzrə ümumi məhsul buraxılışının (ÜMB) həcmi 250,0 mln. manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,1% təşkil edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, ÜMB-nin tərkibində qeyri-dövlət sektorunun payı 81,2%-ə çatıb, adambaşına düşən pay isə 804 manat olub. Ümumilikdə son 6 il ərzində şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2 mlrd. 306 min manatdan çox olub.

Cari ilin 9 ayı ərzində şəhərin sənaye müəssisələrində ÜMB-nin həcmi 105,0 mln. manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,2% təşkil edib. Son 6 il ərzində isə bu rəqəm 1 mlrd. 463 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR